image-sepah-1backend

ABŞ Konqresinin üzvləri Kanadadan SEPAH-ın terrorçu kimi tanınmasını istəyiblər

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 14 Demokrat və Respublikaçı üzvü Kanadanın Baş naziri Castin Trüdoya yazdığı məktubda Kanadadan bu ölkədə də fəaliyyət göstərən İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyasına daxil etməyi istəyib.
Konqres üzvləri Kanadanın İran hökumətinin rəsmilərinin ölkəyə girişini qadağan edən və İranla bağlı şəxslərin deportasiya edilməsi ilə bağlı son addımlarına toxunaraq bildiriblər ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu İran hakimiyyətinə qarşı növbəti addımları zəruri edir.
“Kanada SEPAH-ı terror təşkilatı kimi tanımadan bütün dünyada İran hökumətinin dağıdıcı fəaliyyəti ilə tam şəkildə #mübarizə apara bilməz”, – deyə, ABŞ Konqresinin üzvlərinin məktubunda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki