Alla Puqaçova əri Maksim Qalkinlə (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Kiprin iqlimi ona uyğun olmadığı üçün Yeni ildən sonra Londona köçəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə müğənninin dostları məlumat verib.
Onların sözlərinə görə, o, tez-tez səhhətindən və ürəyində yaranan problemlərdən şikayətlənir. Noyabrın sonunda Puqaçova mənzil axtarmaq üçün Londona uçdu.
“Londona səfər həqiqətən baş verdi. Amma orada Puqaçova şənliklərlə yox, şəxsi ev seçməklə məşğul idi, o, Yeni il tətilindən sonra ailəsini köçürməyi planlaşdırır”, – Puqaçovanın dostu “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
O, ulduzun övladları Harri və Lizanın Londonda təhsil almasını istədiyini qeyd edib.
Bununla belə, ürək cərrahı Sabir Aydayev qeyd edib ki, Londonun iqlimi də Puqaçovanın sağlamlığı üçün zərərlidir. Onun sözlərinə görə, Böyük Britaniya dünyanın ən rütubətli yerlərindən biridir.


























