Almaniyada soyuq hava səbəbindən 3 nəfər ölüb. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS Avropa mətbuatına istinadən xəbər verir.
Almaniyanın şərqindəki Saksoniya əyalətinin dağlıq bölgəsində məktəb avtobusu yolda buz bağlaması səbəbindən qəzaya uğrayıb, nəticədə bir nəfər ölüb, daha on şagird xəstəxanaya aparılıb.
Bavariyada da pis hava şəraiti iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasına səbəb olub.


























