image-1backend

BMT həyacan təbili çaldı: Ukraynada bu baş verə bilər

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi Myroslav Yença Ukraynanın bütün atom elektrik stansiyalarının hazırda təhlükə altında olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının sessiyasında bildirib və qeyd edib ki, münaqişə davam etdiyi halda, Ukraynanın bütün atom elektrik stansiyaları təhlükə altında qalır.

Onun sözlərinə görə, bundan əvvəl MAQATE cəbhə xəttinə yaxın təhlükəli ərazidə yerləşən və münaqişənin başlanmasından bəri artıq səkkizinci dəfə baş verən Avropanın ən böyük Zaporojye AES-də elektrik enerjisinin tam kəsilməsi barədə məlumat verib. .

BMT baş katibinin köməkçisinin sözlərinə görə, MAQATE komandası Ukraynanın qərbində yerləşən Xmelnitski atom elektrik stansiyasının yaxınlığında bir neçə partlayış səsi eşidildiyini, lakin AES-ə ziyan dəymədiyini bildirib.

Yença bu hadisənin Ukraynanın nüvə obyektlərinin, hətta aktiv hərbi əməliyyatların aparıldığı yerlərdən uzaqda yerləşən atom stansiyalarının təhlükəsindən xəbər verdiyinə inandığını bildirib.

“Bütün nüvə obyektləri təhlükəsiz mühitdə işləməyi bacarmalı və mümkün fəlakətli nəticələrin qarşısını almaq üçün qorunmalıdır”, o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki