image-reklam-veteninfo
image-1backend

Bu şirkətlər Rusiyanı məhkəməyə verir

image-reklam-veteninfo

Dəmir yolu avadanlıqlarının istehsalı ilə məşğul olan Almaniyanın “Siemens Mobility” şirkəti, həmçinin “Volkswagen” bankı Almaniya federal hökumətinə müraciət edərək, Rusiyada onlara dəyən zərərin ödənilməsini xahiş edib. Vətəninfo.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb. Yuxarıdakı iki şirkət Siemens və Volkswagen konserninin törəmə şirkətləridir. Sonuncu Almaniya federal hökumətinin təzyiqi altında Rusiya bazarını tərk etdi.

Bundan əvvəl məlum olmuşdu ki, BASF konserninə məxsus Wintershall Dea şirkəti də Rusiya bazarını tərk etdiyinə görə dəymiş itkilərin ödənilməsi üçün dövlətə müraciət edəcək. Hələ bundan əvvəl polad əritmə sahəsində aparıcı Avropa şirkəti olan Salzgitter AG-nin prezidenti Qunnar Qrebler bəyan etmişdi ki, bahalı enerji Almaniyanı sənaye dövləti statusundan məhrum edə bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki