image-1backend

Deputatı Ukrayna kəşfiyyatı öldürüb

image-reklam_sirab_01

Radanın keçmiş deputatı İlya Kiva Ukraynanın təhlükəsizlik xidməti tərəfindən öldürülüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

“Kiva Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı zamanı öldürülüb”, – Yusov ölkənin İctimai telekanalına şərh verib.

O, bu cür aksiyaları davam etdirmək niyyətində olduğunu da “Rada” telekanalının efirində açıqlayıb.
Ötən gün İlya Kiva Moskva yaxınlığında, Odintsovo rayonunun Suponevo kəndində ölü tapılıb. Onun meyiti otel işçiləri tərəfindən tapılıb.

Faktla bağlı cinayət işi başlanıb. Rusiya Federasiyasının İstintaq Komitəsi əlavə etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki