image-1backend

Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək

image-reklam_sirab_01

Ermənistanda vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır. Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanda hakim Mülki Müqavilə Fraksiyasının deputatı, “Silahların dövriyyəsinin tənzimlənməsi haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə dair qanun layihələri paketinin müəllifi Vilen Qabrielyan bu qanun təşəbbüsünün Ermənistan Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik Daimi Komitənin iclasında müzakirələr zamanı deyib.

Deputatın sözlərinə görə, təqdim olunan bu paket Ermənistanda bu sahədə mümkün korrupsiya təzahürlərini aradan qaldırmaq, qeyri-qanuni silahların sayını azaltmaq və tədricən ölkədə qeyri-qanuni dövriyyədən çıxarmaq məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki