image-111backend

Gəmidən 3,5 ton kokain çıxdı

image-reklam_sirab_01

Venesuela silahlı qüvvələri Fransa hərbçiləri ilə birgə keçirdiyi əməliyyat zamanı 3,5 ton kokain daşıyan gəmini həbs edib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Venesuelanın Daxili İşlər, Ədliyyə və Sülh İşləri Nazirliyi məlumat yayıb.

“Venesuela və Fransanın bolivar hökumətinin birgə əməliyyatı zamanı 3500 kiloqram kokain daşıyan gəmi həbs edilib”, – TASS idarənin bəyanatından sitat gətirir.

Qeyd olunur ki, “Don Teófilo” gəmisi iki ölkənin sahil mühafizə bölmələrinin kəşfiyyat işləri nəticəsində Barbados adasının 260 dəniz mili cənub-qərbində ələ keçirilib. 8 Venesuela vətəndaşı həbs edilib.

“Əməliyyat zamanı ümumi çəkisi 3500 kiloqram kokain olan 119 narkotik paketi aşkar edilib . Gəminin müvafiq yoxlamalardan keçərək qanuni olaraq Sucre əyalətini tərk etdiyi müəyyən edilib, ona görə də narkotiklərin açıq dənizdə əldə edildiyi güman edilir”, – deyə məlumatda bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki