Hizbullah hərəkatı Livanın cənubundan İsraildəki hərbi məntəqəyə hücum etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, açıqlamada İsrailin Əl Malikiyyə hərbi məntəqəsinə “uyğun silahlarla” hücum təşkil edildiyi bildirilib.
Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata görə, İsrailə məxsus silahlı pilotsuz uçuş aparatları (PUA) Beyt Lif və Ramya qəsəbələri arasındakı ərazini bombalayıb.
Açıqlamada Kefryatir bölgəsi səmasında raketin partladığı və düşən qəlpələrin bir avtomobilin üzərinə düşdüyü də bildirilib.
Oktyabrın 8-dən etibarən İsrail ordusu ilə Hizbullah arasında yaşanan qarşıdurmalarda 100 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.


























