image-hizbullah1673080410backend

Hizbullahdan  Türkiyəyə şok ittiham:  İsrailə neft tranzitini dayandırın

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Livanda İrana bağlı Hizbullah hərbi-siyasi təşkilatının lideri Həsən Nəsrullah “X” hesabında Türkiyəni İsrailə neft tranzitini davam etdirməkdə ittiham etdiyini əks etdirən karikatura paylaşıb. Bu karikatura Türkiyənin Tehran və Təbrizdəki diplomatik nümayəndəlikləri önündə bir qrup radikal Bəsic üzvlərinin etiraz aksiyaları ilə eyni vaxtda paylaşılıb.
Qeyd edək ki, bu, İranın HƏMAS üçün təbliğat şoularından başqa heç nə etmədiyi və ABŞ-ın İraqda İrana məxsus blokladığı 10 milyard dollar aktivinin sərbəst buraxmasından sonra Tehranın HƏMAS-ı İsrailin qarşısında tək qoyduğu bir vaxtda baş verir.
İranın Türkiyədən narazılığı Ankaranın HƏMAS-a dəstəyi ilə İslam dünyasının ictimai rəyinin böyük bir hissəsinin Türkiyəyə yönəlməsi və İranın Fələstin məsələsində sözdə inhisarının qırılması ilə bağlıdır. Xüsusilə İraq, Suriya və digər Yaxın Şərq ölkələrində sahədə gedən proseslər Türkiyənin xeyrinə, İranın isə zərərinə ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki