İsrail Qəzza zolağında ən güclü hava, quru və dəniz hücumlarından birini həyata keçirir, nəticədə son iki gündə ən azı 349 fələstinli ölüb, 750-dən çox insan yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı BMT-nin məlumatlarına istinadən məlumat yayıb.
BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru, dünya təşkilatının işğal olunmuş Fələstin ərazilərində humanitar koordinatoru Lin Hastinqsin sözlərinə görə, anklavda hadisələr tezliklə “daha cəhənnəm ssenarisi ilə inkişaf etməyə başlayacaq.
Onun sözlərinə görə, bu, yardımların verilməsi üçün şəraitin olmaması və hazırda İsrail quru qüvvələrinin əməliyyatlarının Qəzzanın cənubunda cəmlənməsi ilə bağlı ola bilər.


























