image-reklam-veteninfo
image-1backend

İran XİN başçısı Xəzər iclasına qatılmaq üçün Moskvaya gedib 

image-reklam-veteninfo

Vətəninfo.az “Donya-e-eqtesad” saytına istinadən  xəbər verir ki, bu gün səhər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin illik iclasında iştirak etmək üçün Moskvaya yollanıb.
Məlumata görə, tədbir bu gün İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, görüşdə Xəzər regionunun təhlükəsizliyi kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, dəniz nəqliyyatı, ticarət, enerji, ətraf mühit və bununla bağlı hüquqi məsələlər müzakirə ediləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki