image-reklam-veteninfo
image-1backend

İsrail ordusu səhvən öz hərbi mövqeyini vurdu

image-reklam-veteninfo

İsrail ordusunun oktyabrın 27-dən bu yana Qəzzada səhvən 20 İsrail əsgərini öldürdüyü bildirilib.

Vətəninfo.az xəbər verir ki, ”İsrail Ordusu” radiosunun hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Qəzzaya qurudan endirilən zərbələr zamanı 20 İsrail əsgərinin həlak olduğu bildirilib.
Məlumatda 13 əsgərin Fələstin müqavimət döyüşçüləri ilə səhv salındığı üçün öldürüldüyü qeyd olunub.

Məlumatda həmçinin 2 əsgərin tank və zirehli maşınların vurması nəticəsində, 2-nin tanklardan açılan atəş nəticəsində, 2 əsgərin qəlpə nəticəsində, 1 əsgərin isə İsrail qüvvələrinin hədəfsiz hücumu nəticəsində həlak olduğu bildirilib.

İsrail ordusunun yaydığı məlumatda bu itkilərin ərazidə hərbi qüvvələrin çoxluğu, münaqişənin müddəti və xarakteri, tükənmə, əməliyyat intizamsızlığı və hərbi qüvvələr arasında koordinasiyanın olmaması ilə bağlı olduğu qeyd olunub.

İsrail ordusu oktyabrın 7-dən bu yana həlak olan əsgərlərinin sayının 105-i Qəzza zolağında olmaqla 434-ə yüksəldiyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki