image-1backend

Putin BƏƏ və Səudiyyə Ərəbistanına etibar etmədi: Özü ilə qırıcı təyyarələr apardı 

image-reklam_sirab_01

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin təyyarəsini bu ölkənin Hərbi Hava Qüvvələrinin Su-35 qırıcıları müşayiət edib.Vətəninfo.az-ın məlumatına görə , Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun təhlükəsizlik mülahizələri ilə diktə edildiyinə aydınlıq gətirib.

“Bu, regionda problemli vəziyyətdir və əgər BƏƏ və Səudiyyə Ərəbistanı sabit, təhlükəsiz ölkələrdirsə, o zaman ətraf, qonşu region şübhəsiz ki, təhlükələr və gözlənilməzliklərlə doludur. Ona görə də Rusiya dövləti başçısının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün bütün tədbirlər görülür”, – deyə Peskov TASS-dan sitat gətirib.

Dekabrın 6-da axşam saatlarında Rusiya prezidenti Əbu-Dabidən Ər-Riyada gəlib və burada Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.

Əl-Yamama sarayında keçirilən görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələsi müzakirə olunub, Rusiya lideri regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı da təklif edib. Bundan əlavə, Putin Məhəmməd bin Salmanı Rusiya Federasiyasına səfərə dəvət edib. vəliəhd dəvəti qəbul etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki