image-1backend

Rusiya Ukraynanı raket atəşinə tutdu

image-reklam_sirab_01

Dekabrın 8-də səhər saatlarında rus qoşunları Tu-95MS strateji təyyarəsi ilə Kiyevə hücum etdi.
Vətəninfo.az “Unian” istinadən xəbər verir ki, zenit qüvvələri və vasitələri paytaxt istiqamətində uçan bütün raketləri məhv edib, Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

“79 günlük uzun fasilədən sonra düşmən Tu-95MS strateji təyyarəsinin qanadlı raketləri ilə hücumları bərpa edib.

Bundan əvvəl 10-a yaxın raketdaşıyan bombardmançı X-101/555/55 qanadlı raketlərini Saratov vilayətinin Engels şəhəri ərazisindən atıb.

Paytaxtda hava hücumu xəbərdarlığı təxminən 2 saat davam edib. Ancaq heç bir düşmən hədəfi şəhərə çatmadı. “Kiyev istiqamətində uçan bütün raketlər paytaxta yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, – o qeyd edib.

Popkonun sözlərinə görə, tələfat və dağıntılar barədə məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki