image-656f035a99c06backend

Şimali Koreya daha iki səfirliyini bağladı

image-reklam_sirab_01

Şimali Koreya Seneqal və Qvineyadakı səfirliklərini də bağladı.

Vətəninfo.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyindən Şimali Koreyanın son aylar bəzi ölkələrdəki səfirliklərini bağlaması ilə bağlı açıqlama verilib.

1972-ci ildə Seneqal, 1969-cu ildə Qvineya ilə diplomatik əlaqələr quran Şimali Koreya bu ölkələrdəki nümayəndəliklərini bağlayıb, ümumilikdə isə xarici ölkələrdəki rəsmi təmsilçilərinin sayını 53-dən 46-ya endirib. Bu addımda ən böyük amilin “ölkəyə qarşı qlobal sanksiyalardan doğan iqtisadi çətinliklər” olduğu bildirilib.

Xatırladaq ki, Şimali Koreya son aylar Anqola, Uqanda, Banqladeş, Nepal və İspaniyadakı səfirliklərini bağlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki