image-1backend

Şri-Lankada Ukraynaya muzdlular cəlb edilməsinin qarşısı alınıb

image-reklam_sirab_01

Şri-Lanka öz vətəndaşlarının xarici (o cümlədən Ukrayna) ordularında döyüşmək üçün cəlb edilməsinin qarşısını almaq üçün bütün səylərini göstərib. Vətəninfo.az-ın  “RİA Novosti” yə istinadən verdiyi məlumata görə , bu barədə Şri-Lankanın xarici işlər naziri Əli Səbri bildirib. O, əlavə edib ki, Şri-Lankanın təhlükəsizlik orqanları yerli agentlərdən birinin Ukrayna tərəfdən Rusiyaya qarşı döyüşmək üçün muzdlular cəlb etdiyini əvvəllər öyrənib.

“Şri-Lanka bir ölkə olaraq yerli agentlər vasitəsilə işə götürülmənin qarşısını almaq üçün bütün səylərini göstərib” dedi xarici işlər naziri.

KİV-in məlumatına görə, bir neçə gün əvvəl Rusiya artilleriyasının Artyomovski bölgəsinə endirdiyi zərbə nəticəsində Ukrayna Xarici Legionunda xidmət etmiş keçmiş xüsusi təyinatlı zabit də daxil olmaqla, Şri-Lankanın üç keçmiş hərbi qulluqçusu həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki