image-reklam-veteninfo
image-1backend

Türkiyə  neft hasilatını  30 min barrelə çatdırdı

image-reklam-veteninfo

Türkiyənin Şırnak rayonunun Qabar dağı bölgəsində gündəlik neft hasilatı 30 min barrelə çatıb.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Neft Şirkəti – TPAO “X” sosial media hesabında etdiyi paylaşımda bildirib: “Qabarda rekord hasilat. Gündə 30 min barel neft.

Şırnakın Qabar dağı bölgəsində Şəhid Əsma Çevik və Şəhid Aybüke Yalçın yataqlarında açdığımız 23 quyuda gündəlik 30 min barel neft hasilatına çatdıq. 2023-cü il hədəfimiz ilin sonunadək gündəlik 35 min, 2024-cü ilin sonu üçünsə 100 min barrel neftdir. Bu uğur ölkəmizin enerji müstəqilliyi istiqamətində atdığımız möhkəm addımların əksidir. Biz bunu qürurla paylaşırıq.”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki